BolgeXeber.Com » Xəbərlər » Separatçılar Ağdam yolunu yenə bağladı

Separatçılar Ağdam yolunu yenə bağladı

12-09-2023, 16:47
Oxunub: 1 216
Separatçılar Azərbaycan yük maşınlarının qarşısını almaq üçün Ağdam-Xankəndi yolunu bağlamaqda davam edirlər.

Bolgə.TV xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Separatçılar bildiriblər ki, düşməndən (Azərbaycandan) humanitar yardım istəmirlər.

Separatçıların Əsgərandakı nümayəndəsi Anait Petrosyannın sözlərinə görə, rus humanitar yardım maşınının keçidinə bir şərtlə icazə veriblər ki, Rusiya tərəfi Laçın dəhlizinin açılması ilə bağlı öhdəlikləri yerinə yetirilsin.

Qeyd edək ki, bu gün Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi bir yük maşını Ağdam yolu ilə Xankəndiyə çatdırılıb.