BolgeXeber.Com » Xəbərlər » Borca görə axtarışda olan 160 nəfər saxlanıldı

Borca görə axtarışda olan 160 nəfər saxlanıldı

16-09-2023, 11:21
Oxunub: 5 168
Sentyabrın 15-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Bolgə.TV xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 191, o cümlədən borclu şəxs qismində axtarışda olan 160 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.