BolgeXeber.Com » Xəbərlər » Xankəndidən gedən erməni: Geri qayıtmayacağam!

Xankəndidən gedən erməni: Geri qayıtmayacağam!

16-09-2023, 15:00
Oxunub: 2 760
İkinci Qarabağ müharibəsində iştirak etmişəm. Xankəndidən İrəvana gedirəm və bir daha geri qayıtmaq fikrim yoxdur.

Bolgə.TV xəbər verir ki, bu sözləri Report-a Seyran Aqambekyan deyib.

O, İkinci Qarabağ müharibəsində qardaşını itirdiyini bildirib:

"Mən üç il bundan əvvəl Qarabağda hərbi xidmətdə olmuşam. Daha doğrusu, Martunidə (Xocavənd - red.). İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Döyüşlərdə yaralanmamışam. Lakin ailə üzvlərimdən qardaşım döyüşlərdə həlak olub. Valideynlərim hələ ki Xankəndidədir. Lakin özüm İrəvana gedirəm. Çox güman, bir daha geri qayıtmayacağam".