BolgeXeber.Com » Xəbərlər » Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil edilib

Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil edilib

24-09-2023, 13:49
Oxunub: 4 096

Bolgə.TV xəbər verir ki, Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil edilib


Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 105-ci ildönümü ərəfəsində sentyabrın 23-də təşkil olunan ağacəkmə tədbiri Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Baş Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının rəsmiləri və əməkdaşlarının, könüllülərin iştirakı ilə keçirilib.


Ağacəkmə zamanı 2 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 1500-dən çox ağac əkilib.