Xüsusi karantin rejimi uzadıldı
25-09-2023, 11:47
Oxunub: 752
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bolgə.TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.
Qərara əasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, bundan əvvəl karantin rejiminin müddəti 2 oktyabra qədər uzadılmışdı.