BolgeXeber.Com » Xəbərlər » 5 gün əvvəl Qarabağda suverenliyimizi tam bərpa etdik

5 gün əvvəl Qarabağda suverenliyimizi tam bərpa etdik

25-09-2023, 17:16
Oxunub: 1 512
Beş gün bundan əvvəl Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi.

Bolgə.TV xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

Dövlət başçısı bildirib ki, qanunsuz erməni hərbi birləşmələri təslim olub və şərtləri qəbul edib:

“Onlara humanitar yardımlar, o cümlədən ərzaq məhsulları, dərmanlar göndərildi”.

Prezident qeyd edib ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdırlar.