BolgeXeber.Com » Xəbərlər » Biləsuvar şəhərində, Ağalıkənd və Çaylı kəndlərində yaşayan Vətən Müharibəsi şəhidlərinin ailələri ziyarət olundu

Biləsuvar şəhərində, Ağalıkənd və Çaylı kəndlərində yaşayan Vətən Müharibəsi şəhidlərinin ailələri ziyarət olundu

25-09-2023, 15:40
Oxunub: 1 488
Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizədə böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş  Biləsuvarlı qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb.

Bolgə.TV xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavinləri Ləman Yüzbaşova və Vəlahəddin Yunsurov Biləsuvar şəhərində, Ağalıkənd və Çaylı kəndlərində yaşayan Vətən Müharibəsi şəhidlərinin ailələrini ziyarət edərək, onların valideynləri ilə görüşüblər. Görüşlərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilərək, onlar haqqında olan təəssüratlardan danışılıb, qəhrəmanlarımızın xatirələri anılıb.

Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun əldə etdiyi tarixi qələbə, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin qəhrəmanlığı sayəsində qazanılıb. Bizə Zəfər sevinci, qalibiyyət qüruru bəxş edən şəhidlərin xatirəsi yaddaşlarda əbədi yaşayacaq və xatirələri daima əziz tutulacaqdır.Dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Görüşlərdə şəhidlərin doğmaları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.