BolgeXeber.Com » Xəbərlər » Goranboy RİH-nin Başçısı Dəliməmmədli şəhərində həyata keçirilən və gələcəkdə nəzərdə tutulan abadlıq-quruculuq işləri ilə yerində tanış oldu

Goranboy RİH-nin Başçısı Dəliməmmədli şəhərində həyata keçirilən və gələcəkdə nəzərdə tutulan abadlıq-quruculuq işləri ilə yerində tanış oldu

25-09-2023, 13:36
Oxunub: 688
Bolgə.TV xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri  ilə birgə, rayonda aparılan genişmiqyaslı yenidənqurma, tikinti və təmir-bərpa işləri çərçivəsində, Dəliməmmədli şəhərində 2 mərtəbəli 8 mənzilli 2 ədəd yaşayış binalarının yerləşdiyi Tofiq Əkbəri-42 ünvanında başa çatdırılmış,  küçələrin asfaltlaşdırılması, yeni bardürlərin inşası və ümumi abadlıq işləri ilə yerində tanış oldu. İcra Başçısı, Dəliməmmədli şəhərinin digər küçələrində də ümumi abadlıq, yenidənqurma  işlərinin aparılması ilə bağlı müzakirələr apardı, bu istiqamətdə işlərin davam etdilməsi üçün müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.