BolgeXeber.Com » Xəbərlər » Bakı razılıq verdi: Xankəndiyə helikopterlər gəlir

Bakı razılıq verdi: Xankəndiyə helikopterlər gəlir

26-09-2023, 12:16
Oxunub: 2 104
Dünənki partlayışdan sonra zərərçəkənlərə yardım göstərmək üçün Ermənistandan Xankəndiyə hava yolu ilə həkim briqadasının göndərilməsi barədə məlumatı mənbələrimiz təsdiqləyir.

Bolgə.TV xəbər verir ki, bu barədə “Kalibr.az” öz mənbələrinə istinadən məlumat yayıb.

“Bu addım Azərbaycanla razılaşdırılaraq həyata keçirilib. Bakı hesab edir ki, hazırda ilk növbədə insanlara təcili yardım göstərmək lazımdır. Bu, Azərbaycanın humanist mövqe tutmasının, 30 illik inciklik, qan və işğala görə dinc əhalidən “qisas almağa” çalışmamasının daha bir sübutudur”, - mənbə bildirib.