BolgeXeber.Com » Xəbərlər » Şəhid olan 11 nəfərin şəxsiyyəti müəyyənləşdirilir

Şəhid olan 11 nəfərin şəxsiyyəti müəyyənləşdirilir

27-09-2023, 11:16
Oxunub: 1 296
11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.

Bolgə.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanmışdır.

Yaralıların ən qısa zamanda müalicəsi üçün yüksək səviyyəli peşəkar həkim briqadaları fəaliyyət göstərir və bütün zəruri tibbi tədbirlər görülür. Yaralı hərbçilərimizin tezliklə öz sağlamlıqlarına qovuşmasını arzu edirik.