BolgeXeber.Com » Xəbərlər » DSX əməkdaşları erməniəsilli uşağa yardım etdi - Foto

DSX əməkdaşları erməniəsilli uşağa yardım etdi - Foto

27-09-2023, 14:05
Oxunub: 864
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları halı pisləşən erməniəsilli ailənin övladına yardım göstəriblər.

Bolgə.TV Report-a istinadən xəbər verir ki, Azərbaycan sərhədçiləri qəflətən halı pisləşən uşağa ilkin tibbi yardım göstərib, ona su və şirniyyat veriblər.

Erməniəsilli ailə üç gündür yolda olduqlarını söyləyib:

"Sağ olsunlar ki, azərbaycanlılar bizə yardım etdilər, su verdilər. Araik Arutyunyan kimilər və onun ətrafı güllələnməlidir. Lənətə gəlsin bu rejimi. Bizi məcbur evimizdən çıxardılar. Niyə də geri qayıtmaq olmasın, əlbəttə, istəyərdik. Biz sizdən eşidirik ki, geri qayıtmaq olar. Azərbaycan tərəfinin heç bir təzyiqini görmədik. Azərbaycanlılar qardaşdır. Türklər mərddirlər".