BolgeXeber.Com » Xəbərlər » Bakıya müraciət: Xankəndiyə 30 avtobus göndərildi

Bakıya müraciət: Xankəndiyə 30 avtobus göndərildi

28-09-2023, 16:44
Oxunub: 1 584
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri tərəfindən Xankəndidən mülki şəxslərin Ermənistana daşınması üçün müvafiq nəqliyyat vasitələrinin ayrılmasına dair müraciət daxil olmuşdur.

Bolgə.TV xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, həmin nəqliyyat vasitələri ilə Xankəndi şəhərində və ora yaxın ərazilərdə yaşayan, şəxsi avtomobilləri olmayan mülki şəxslərin daşınması nəzərdə tutulur.

Müraciətə müsbət baxılaraq, sentyabrın 28-də 30 iritutumlu avtobus Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.