BolgeXeber.Com » Xəbərlər » Gəncədə ikimərtəbəli obyekt və altında olan avtomobillər yanıb

Gəncədə ikimərtəbəli obyekt və altında olan avtomobillər yanıb

30-09-2023, 10:46
Oxunub: 1 328
Gəncə şəhərində ümumi sahəsi 240 m² olan ikimərtəbəli tikilinin yanar konstruksiyaları və 1-ci mərtəbəsində “VAZ” markalı 2 minik avtomobili yanıb.

Bolgə.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.