BolgeXeber.Com » Xəbərlər » Cəbrayılda elektrik xətləri yerin altında olacaq

Cəbrayılda elektrik xətləri yerin altında olacaq

30-09-2023, 12:22
Oxunub: 984
Gələcəkdə Cəbrayıl şəhərinin elektrik şəbəkəsi tamamilə yeraltı xətlərdən ibarət olmaqla qurulacaq.

Bolgə.TV xəbər verir ki, bunu əraziyə təşkil olunmuş mediaturda Azərişıq ASC-nin Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.

"Ənənəvi yerüstü xətlər olmayacaq, təchizat abonentə qədər yeraltı izolyasiyalı naqillər vasitəsilə həyata keçiriləcək", - deyə o qeyd edib.