BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda sel və daşqınların sayı kəskin artıb - Nazir

Azərbaycanda sel və daşqınların sayı kəskin artıb - Nazir

30-09-2023, 15:13
Oxunub: 1 760
2022-2023-cü illərdə Azərbaycanda sel və daşqın hadisələrinin sayı 51-dən 143-ə yüksəlib.

Bolgə.TV xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda bildirib.

"Bu, qlobal bir çağırışdır. Belə ki, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, iqlim dəyişmələri nəticəsində baş vermiş təbii fəlakətlər son on ildə nəhəng dağıntılara və iqtisadi itkilərə səbəb olub. Son 50 ildə dünyada iqlim dəyişmələri ilə əlaqədar təbii hadisələrin sayının 5 dəfə artdığı bildirilir", - deyə o qeyd edib.