BolgeXeber.Com » Xəbərlər » Saakaşvili Vardanyanın həbsindən yazdı

Saakaşvili Vardanyanın həbsindən yazdı

3-10-2023, 11:00
Oxunub: 928
Ətrafımızda xeyirlə şər arasında qarşıdurma var. Azərbaycan Rusiyanın Ukraynadakı müharibəsinə fəal dəstək verən rusiyalı milyarder Ruben Vardanyanı, eləcə də “abxaziya respublikası" və “cənubi osetiya respublikası” kimi qondarma qurumlarla əlaqələri inkişaf etdirən “xarici işlər naziri” David Babayanı həbs edib.

Bolgə.TV xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Feysbuk hesabında yazıb.

“Bu gün yuxarıda adı çəkilən işğal olunmuş ərazilər (Gürcüstan – red.) öz tərəfdaşlarını itirib – axı “artsax” deyilən ərazi ləğv edilib. İndi bizim unikal imkanlarımız var və onları əldən versək, gələcək nəsillər bizi bağışlamayacaq. Bu missiya Gürcüstanın ərazi bütövlüyünü sülh yolu ilə bərpa etmək və Avropanın bir hissəsinə çevrilməkdir”, - o bildirib.