BolgeXeber.Com » Xəbərlər » Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu

Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu

5-10-2023, 16:55
Oxunub: 1 448
Oktyabrın 5-i saat 14:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bolgə.TV xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Azərbaycan Ordusunun bölmələri şəxsi heyət və texnika sarıdan itki verməyib", - məlumatda qeyd edilib.