Yenilənmiş “Nar”ı hiss et və hədiyyələr qazan!
5-10-2023, 12:58
Oxunub: 1 680
Bolgə.TV xəbər verir ki, “Nar” ötən həftə yenilənmiş brend konsepsiyasının ardınca yeni kampaniyanın başlandığını elan edir.
Bu kampaniya üç reklam çarxı vasitəsilə müxtəlif çeşidli sərfəli məhsul və xidmətləri nümayiş etdirmək üçün nəzərdə tutulub.
Xatırladaq ki, brendin yeni yanaşmasının əsasında müştəriyönümlülük, sərfəlilik və əlçatanlıq prinsiplərini müştərilərə daha da yaxın etmək dayanır.
Bundan əlavə, yeni brend konsepsiyasının sevincini abunəçiləri ilə bölüşmək üçün mobil operator yaxın günlərdə bir neçə müsabiqə keçirəcək. “Nar” abunəçiləri bu müsabiqələrdə PlayStation 5, Airpods, iPhone 14, Apple saatı, iPad AIR 5GB və Yandex stansiyası Max kimi möhtəşəm hədiyyələr qazanmaq şansı əldə edəcək. Yarışmadan vaxtında xəbərdar olmaq üçün sizi “Nar”ın sosial media səhifələrini izləməyə dəvət edirik.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər