BolgeXeber.Com » Xəbərlər » Ağır yaralanan polisimiz şəhid oldu - Foto

Ağır yaralanan polisimiz şəhid oldu - Foto

6-10-2023, 11:58
Oxunub: 1 256
Antiteror tədbirləri zamanı ağır yaralanan Çevik Polis Alayının polis nəfəri Əzizbəy Etibar oğlu Muradov bu gün şəhadətə qovuşub.

Bolgə.TV xəbər verir ki, şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.

Qeyd edək ki, Əzizbəy musiqi təhsilli döyüşçümüz idi. O, 44 günlük müharibədə ermənilərin zəbt etmiş olduğu evlərdə pianoda və qarmonda gözəl ifaları ilə məşhurlaşmışdı.

Prezident tərəfindən "Cəbrayılın azad olunmasına" görə medalı ilə təltif edilmişdi.

Allah rəhmət eləsin!