BolgeXeber.Com » Xəbərlər » Ceyhun Bayramov Qırğızıstana getdi

Ceyhun Bayramov Qırğızıstana getdi

11-10-2023, 15:22
Oxunub: 1 712
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə yola düşüb.

Bolgə.TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxışı, habelə iclasda iştirak edən digər dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.