BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda boşanmaların sayı artdı

Azərbaycanda boşanmaların sayı artdı

11-10-2023, 17:34
Oxunub: 1 480
Azərbaycanda nikahlar azalıb, boşanmalar artıb.

Bolgə.TV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-avqust aylarında 33836 nikah və 14544 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,0-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb.