BolgeXeber.Com » Xəbərlər » Ərsin Tatar Fəxri xiyabanı ziyarət etdi

Ərsin Tatar Fəxri xiyabanı ziyarət etdi

13-10-2023, 09:47
Oxunub: 1 528
Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatarın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 13-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Bolgə.TV xəbər verir ki, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.