BolgeXeber.Com » Xəbərlər » İndi Ermənistan seçim etməlidir - Bayramov

İndi Ermənistan seçim etməlidir - Bayramov

14-10-2023, 13:24
Oxunub: 1 488
İndi Ermənistan regional əməkdaşlıq və qonşulularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir.

Bolgə.TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu məsələdə beynəlxalq ictimaiyyətin də rolu böyük əhəmiyyət kəsb edir:

“Ermənistanın revaşist cəhdlərinin hər hansı bir şəkildə dəstəklənməməsi bu bölgənin rifahı və sülhün alternativinin olmamasına dair çağırışların edilməsi olduqca vacibdir”.