BolgeXeber.Com » Xəbərlər » Biləsuvar gömrüyünün işçiləri həbs edildi

Biləsuvar gömrüyünün işçiləri həbs edildi

16-10-2023, 12:49
Oxunub: 944
İranın təhlükəsizlik məmurları Ərdəbil əyalətinin Biləsuvar gömrüyünün 8 işçisini həbs edib.

Bolgə.TV xəbər verir ki, bu barədə İran Biləsuvarının prokuroru Rəhim Cəngcu açıqlama verib.

Məlumata görə, həbs edilənlər rüşvət almaqda və korrupsiyada günahlandırılıblar.

Daha 9 gömrük əməkdaşı barəsində isə həbs edilən məmurlarla əlbir olduğu üçün araşdırma başladıldığı bildirilib.