BolgeXeber.Com » Xəbərlər » Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verildi

Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verildi

17-10-2023, 12:51
Oxunub: 848
Milli Məclis Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıtın inzibati ərazisinə verilməsinə dair layihəni təsdiqləyib.

Bolgə.TV xəər verir ki, bununla bağlı “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihədə qeyd edilib ki, Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.