BolgeXeber.Com » Xəbərlər » Çində Azərbaycanın azad edilmiş ərazilərində günəş elektrik stansiyasının inşası müzakirə edilib

Çində Azərbaycanın azad edilmiş ərazilərində günəş elektrik stansiyasının inşası müzakirə edilib

18-10-2023, 09:27
Oxunub: 1 288
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Pekində “China Energy” şirkətinin sədri Lyu Zexiang ilə görüşüb.

Bolgə.TV xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Pekində “China Energy” şirkətinin sədri Lyu Zexiang ilə görüşdə azad edilmiş ərazilərdə günəş elektrik stansiyasının inşası və ixrac məqsədli “Yaşıl Enerji” layihələri üzrə əməkdaşlıq məsələlərini müzakirə etdik”, - deyə nazir vurğulayıb.