BolgeXeber.Com » Xəbərlər » Türkiyə MN Azərbaycanı təbrik etdi

Türkiyə MN Azərbaycanı təbrik etdi

18-10-2023, 13:30
Oxunub: 1 432
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibəti ilə təbrik edib.

Bolgə.TV xəbər verir ki, bu barədə nazirlik X sosial şəbəkə hesabında paylaşım edib.

“İki bədəndə bir can: Türkiyə-Azərbaycan! Qardaş Azərbaycanın Müstəqillik Gününü təbrik edir, asil Azərbaycan xalqını salamlayırıq. Qardaşlarımızla “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bir və bərabər olmağa davam edəcəyik. Yaşasın Türkiyə -Azərbaycan qardaşlığı”, - paylaşımda qeyd edilib.