BolgeXeber.Com » Xəbərlər » Zakir Həsənov Özbəkistana getdi

Zakir Həsənov Özbəkistana getdi

19-10-2023, 09:24
Oxunub: 1 448
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistana rəsmi səfərə gedib.

Bolgə.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər Özbəkistanın müdafiə naziri general-leytenant Baxodir Kurbanovun dəvəti ilə həyata keçirilir.

Səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.