BolgeXeber.Com » Xəbərlər » Sumqayıtda evə silahlı hücum olundu- YARALILAR VAR

Sumqayıtda evə silahlı hücum olundu- YARALILAR VAR

28-10-2023, 09:16
Oxunub: 1 640

Sumqayıtda sübh tezdən ağır, ölümlə nəticələnən hadisə baş verib.

Şəhərin 16-cı mikrorayon ərazisində, Corat bağları yaşayış massivində fərdi yaşayış evinə silahlı basqın olub, ölənlər və yaralananlar var.

Hücum zamanı Fərəcov Dağbəyi və onun qızı Karakaş Suzana öldürülüb, Fərəcov Tərlan və Türkiyə vətəndaşı Karakaş Serkan yaralanıb.

Ailənin qızları Yağmur və Cansu hücum zamanı zərər çəkməyiblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, klinikaya hadisədən zərər çəkən 4 nəfər xəstə daxil olub:

1958-ci il təvəllüdlü Mehman Mahmud oğlu Sarıyev, 1990-cı il təvəllüdlü Etibar Mahmud oğlu Sarıyev, 1960-cı il təvəllüdlü Tərlan Qulu qızı Fərəcova və Sərkan Karakaş adlı Türkiyə vətəndaşı. Onlara lazımı tibbi yardım göstərilir, vəziyyətləri ağıq olaraq qalır.