BolgeXeber.Com » Xəbərlər » Bakı sakini avtomobil idarə etmədiyi halda cərimələndi

Bakı sakini avtomobil idarə etmədiyi halda cərimələndi

31-10-2023, 09:56
Oxunub: 2 440

Bakı sakininə avtomobil idarə etmədiyi halda cərimə gəlib.

Şikayətçi Nicat Cəfərov bildirib ki, sözügedən avtomobili satmaq üçün ölkəyə gətirdib və özünün sürücülük vəsiqəsi yoxdu:

“Avtomobil qeydiyyatda öz adımadır. Mənim sürücülük vəsiqəm olmadığı üçün canlı etibarnamə kimi qardaşımın yanında otururam və avtomobili o idarə edir. 270 manat cərimə gəldi. Radarda isə göstərir ki, avtomobili guya mən idarə etmişəm. Amma fotolarda yalnız avtomobilin qeydiyyat nömrəsi var”.