BolgeXeber.Com » Xəbərlər » Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

1-11-2023, 10:22
Oxunub: 1 568

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Bolgə.TV xəbər verir ki, Azərbaycan neftinin bir bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,26 ABŞ dolları və ya 0,28% azalaraq 91,39 ABŞ dollarına enib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 ABŞ dollarına satılıb.