BolgeXeber.Com » Xəbərlər » Bu yazılanlar şər-böhtan xarakterli məlumatlardır- RƏSMİ

Bu yazılanlar şər-böhtan xarakterli məlumatlardır- RƏSMİ

4-11-2023, 11:21
Oxunub: 3 712

Son günlər ayrı-ayrı meşələrdə ağacların qanunsuz məhv edilməsi ilə bağlı yazılar yayılıb. 

Bölgə.TV-nin əməkdaşları bu məsələ ilə bağlı bir neçə rayonlarda olublar və araşdırma aparıblar. 

Araşdırma zamanı əməkdaşlarımıza Tovuz Regional Meşə İdarəsindən bildiriblər ki, bizim ərazilərimizdə də guya meşələrdə ağacların qanunsuz məhv edilməsi ilə bağlı şər, böhtan xarakterli məlumatlar yayılır, lakin biz bunlara əhəmiyyət vermirik. 

Çünki bizim qanuni olaraq istifadə etdiyimiz səhiyyə qırma sahələrimiz var və bu sahələr vasitəsi ilə odunla ehtiyacı olanlar təmin olunur. Məlumat zamanı onu da qeyd ediblər ki, biz fəaliyyətimizi layiqincə edərək əkin sahələrində, səhiyyə qırma sahələrindəki  və s işlərimizi qanuna uyğun formada aparırıq. Bu günlərdə yayılan bu məlumatlar isə sadəcə şər böhtandır.

Müşahidə zamanı əməkdaşlarımız həqiqətən də əkim sahələrində gedən proseslə tanış olublar.