Su ilə bağlı həkimlərdən XƏBƏRDARLIQ
4-11-2023, 16:57
Oxunub: 2 584
Çox su içmək qıcolmalara və huşunu itirməyə səbəb ola bilər.
Bolgə.TV "Daily Mail"ə istinadən xəbər verir ki, bu fikirləri amerikalı həkim və sağlam qidalanma haqqında kitabların müəllifi Stüart Fişer bildirib.
Bir çox dietoloqlar gündə təxminən səkkiz stəkan su içməyi məsləhət görür - bu, həzm və ürək-damar funksiyası, həmçinin oksigen və qida maddələrinin hüceyrələrə və toxumalara daşınması üçün lazımdır. Ancaq bir saat ərzində səkkiz stəkan su içmək hiponatriemiyaya səbəb ola bilər. Bu vəziyyət qan plazmasında natrium səviyyəsinin kəskin azalması ilə xarakterizə olunur.
Fişer izah edib ki, hiponatremiya bəzən şüur itkisi, çaşqınlıq və qıcolmalar ilə müşayiət olunur. Ancaq bu cür təhlükəli nəticələr yalnız bir insan uzun müddət içməli su normasını aşdıqda və ya çox tez içdikdə baş verə bilər.
Stüart Fişer həmçinin xəbərdarlıq edib ki, hamilə qadınlar içdikləri suyun miqdarına ciddi nəzarət etməlidirlər. Gündə səkkiz stəkandan çox içmək çox arzuolunmazdır və heç də xoş olmayan fəsadlara gətirib çıxara bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər