Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
6-11-2023, 15:34
Oxunub: 2 808
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Qarabağ” Futbol Klubunun növbəti matçı ilə əlaqədar noyabrın 9-dan 10-na keçən gecə “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
Bunu səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib.
Onun sözlərinə görə, bununla bağlı quruma “Qarabağ Futbol Klubu” MMC Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) vasitəsilə metroya müraciət edib:
“Müraciətdə deyilirdi ki, qarşılaşma gecə saatlarında başa çatacaq. Bunu nəzərə alaraq, noyabrın 9-dan 10-na keçən gecə metronun iş vaxtı bir saat uzadılacaq. Paytaxtımızda təşkil edilən kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gecə saatlarında arenadan çıxaraq metropolitenə daxil olacaq sərnişinlərin mənzil başına rahat çatması üçün bütün stansiyalar saat 01:00-a qədər girişə açıq olacaq”.
“Bundan əlavə, matça azarkeş marağı, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə bir sıra tədbirlər görüləcək. “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq edilməklə, nəzarət mexanizmləri artırılacaq. Stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq və növbətçilik cədvəli tərtib olunacaq. Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da həyata keçiriləcək. Ümumilikdə, gün ərzində bütün stansiyalarda qatarlar payız-qış iş rejiminin istirahət günləri qrafikinə uyğun hərəkət edəcək. Günün müxtəlif vaxtları üçün sərnişin axınının intensivliyi nəzərə alınmaqla, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq”, - deyə H.Məmmədov əlavə edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər