BolgeXeber.Com » Xəbərlər » Xankəndidəki bu abidə sökülür

Xankəndidəki bu abidə sökülür

9-11-2023, 10:19
Oxunub: 2 832

Xankəndidə bolşevik liderlərdən olan erməni Stepan Şaumyanın heykəli sökülüb.

Bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.

Qeyd edək ki, 1918-ci ildə yaradılan Bakı Sovetinin rəhbəri Stepan Şaumyan həmin ilin 31 martında da soyqırımın təşkilatçılarından olub. Onun rəhbəri olduğu Bakı Soveti Daşnaksutyun Partiyasının hərbi dəstələri ilə birləşərək Bakıda, Qubada, Lənkəranda azərbaycanlıları qətlə yetiriblər.