BolgeXeber.Com » Xəbərlər » Şuşa 2024-cü il üzrə Gənclər Paytaxtı seçildi

Şuşa 2024-cü il üzrə Gənclər Paytaxtı seçildi

10-11-2023, 13:56
Oxunub: 3 032

Qarabağın incisi olan Şuşa şəhəri İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib.

Bu barədə Bolgə.TV-yə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi “Gənclər Paytaxtı 2024” beynəlxalq proqramının seçim komissiyası tərəfindən 2024-cü il üzrə namizədliyi irəli sürülən Şuşa şəhərinin “İƏT Gənclər Paytaxtı” seçilməsi ilə bağlı yekdilliklə qərar qəbul edilib.

İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova iştirak ediblər.