Yumurtanın qiyməti bahalaşacaq?
15-11-2023, 12:49
Oxunub: 2 192
Dövlət Statistika Komitəsinin məlumatına görə, oktyabrda ərzaq məhsullarının, xüsusən də yumurtanın və tərəvəzlərin qiymətində kəskin artım baş verib. Yumurtaların qiyməti sentyabr ayına nisbətən 8,7 faiz, tərəvəzlərin qiyməti 6,5 faiz artıb.
Lakin “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli Bizim.media-ya açıqlamasında Dövlət Statistika Komitəsinin məlumatı ilə razılaşmayıb.
O bildirib ki, yumurta əvvəlki aylarda 15, 16, 17 qəpiyə təklif olunurdu, indi də həmin qiymətə satılır:
“Əvvəl düşünürdük ki, sentyabrda məktəblərin açılması ilə əlaqədar yumurtanın qiyməti arta bilər. Lakin bu, baş vermədi. Nəzərə alaq ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yumurta 1-2 qəpik, toyuq əti isə 4-5 faiz aşağı qiymətə təklif olunur. Söhbət topdansatış qiymətlərindən gedir. Ola bilsin ki, şəbəkə marketləri və kiçik mağazalar yumurtanı 1-2 qəpik baha satsınlar. Ümumilikdə isə yumurtanın qiymətinin artmasına heç bir əsas yoxdur”.
M.Həsənli deyib ki, hazırda ölkə əhalisinin gündəlik yumurta ehtiyacı 3.6 milyon ədəddir:
“Ölkə üzrə gündəlik beş milyon ədədə yaxın yumurta istehsal edilir. Gördüyünüz kimi bu sahədə təklif tələbi üstələyir. Belə vəziyyətdə qiymət artımından söhbət gedə bilməz. Mən əminliklə deyə bilərəm ki, 2024-cü ilin mart ayına qədər yumurtanın və toyuq ətinin qiymətində heç bir artım gözlənilmir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər