BolgeXeber.Com » Xəbərlər » Şirvanda müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub

Şirvanda müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub

18-11-2023, 11:34
Oxunub: 1 432

Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan 1 ədəd "AKS-U" markalı avtomat, 2 ədəd daraq və 60 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 5 nəfər şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına təhvil veriblər.

Faktlarla bağlı araşdırmalar aparılır.