BolgeXeber.Com » Xəbərlər » Son 1 həftənin koronavirus statistikası açıqlandı

Son 1 həftənin koronavirus statistikası açıqlandı

20-11-2023, 15:06
Oxunub: 472

Azərbaycanda son 1 həftə ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 21 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 13 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 6 nəfər ölüb.