Muğan Bankda əmanəti olanların NƏZƏRİNƏ
20-11-2023, 17:40
Oxunub: 744
“Muğan Bank”da krediti olan müştərilərə müraciət edilib.
Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, kredit ödənişlərinin həyata keçirilməsi, sorğu edilən sənədlərin və əlavə məlumatların əldə edilməsi məqsədilə aşağıda qeyd edilən üsullardan istifadə edilə bilər:
- Elektron qaydada kredit ödənişlərinin həyata keçirilməsi - https://million.az veb-saytı vasitəsilə;
- Nağd qaydada kredit ödənişlərinin həyata keçirilməsi - “e-manat”, “MilliÖn” və “m-pay” ödəniş köşkləri vasitəsilə;
- Köçürmə yolu ilə kredit ödənişlərinin həyata keçirilməsi üçün “Muğan Bank”ın Azərbaycan Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə bank hesablarının rekvizitləri
Kredit ödənişlərinin həyata keçirilməsi, sorğu edilən sənədlərin və əlavə məlumatların əldə edilməsi üçün “Muğan Bank”ın Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli, 21B, AZ1052 ünvanında yerləşən baş ofisinə müraciət edə bilərsiniz.
Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların regional mərkəzləri üzrə ünvanlar:
- Mingəçevir şəhəri, Füzuli küçəsi, 24B;
- Gəncə şəhəri, Cavadxan küçəsi, 10;
- Sumqayıt şəhəri, 6-cı mikrorayon, Cəlil Məmmədquluzadə küçəsi, 7;
- Xaçmaz şəhəri, Heydər Əliyev küçəsi, 256;
- Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, 22.
Əlaqə: (+994) 941
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğan Bank” ASC müflis elan edilib, iflas proseduruna başlanılıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Muğan Bank”ın ləğvedicisi təyin edilib.
Çox Oxunanlar
- 4-11-2023, 18:40 : Azərbaycan XİN Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 18-11-2023, 18:27 : Məşhur rus killeri azadlığa buraxıldı
Dünya / Xəbərlər
- 11-11-2023, 18:52 : Zəngin cütlüklə bağlı yeni detallar üzə çıxdı
Şou-Biznes / Xəbərlər
- 25-11-2023, 17:54 : AFFA bu klubla bağlı məlumat yaydı
İdman / Xəbərlər
- 3-11-2023, 17:24 : Neymar əməliyyat olundu, həkimlər şad xəbər verdi
Gündəm / İdman
- 8-11-2023, 16:52 : Laçında bu evlər təbii qazla təmin olundu
Bölgə / Xəbərlər
- 17-11-2023, 18:42 : Azərbaycan və İran səfirləri nəyi müzakirə etdi?
Siyasət / Xəbərlər
- 10-11-2023, 09:54 : Sülhü Rusiya istəyir, məqsədi də budur - Danilov
Gündəm / Sosial
- 6-11-2023, 09:32 : MY onu göndərir, həmyerlisini gətirir
Gündəm / Dünya
- 10-11-2023, 10:22 : ABŞ rəsmisi Azərbaycanla bağlı bu suala cavab tapmadı
Gündəm / Siyasət