BolgeXeber.Com » Xəbərlər » DİQQƏT- Bu yollarda tıxac var

DİQQƏT- Bu yollarda tıxac var

5-12-2023, 08:36
Oxunub: 1 040
Bakının bir sıra yollarında tıxac yaranıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Ziya Bünyadov prospekti, “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
3. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
4. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
6. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
7. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
9. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. Mikayıl Müşfiq küçəsi, 20 saylı məktəb istiqamətində
11. “20 Yanvar” dairəsində;
12. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
13. Babək prospekti, mərkəz istiqamətində;
14. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur