BolgeXeber.Com » Xəbərlər » Qusarda avtobus aşdı- YARALILAR VAR

Qusarda avtobus aşdı- YARALILAR VAR

11-12-2023, 17:44
Oxunub: 2 304

Qusarda sərnişin mikroavtobusu Avaran kəndi ərazisində sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Bolgə.TV xəbər verir ki, hadisə nəticəsində nəqliyyat vasitəsində olan 15 nəfərdən 6-sı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qusar rayonunun Xürel kənd sakinləri olan yaralıların adları:

- Lamunat Misənnif qızı Bədəlova,

- Milyanə Vəzirxan qızı Şeyxzadəyeva,

- Ruslan Əmiraslan oğlu Əmirslanov,

- Əfsanə Mövlud qızı Feyziyeva,

- Liana Nəriman qızı Mixayılova,

- Aysel Mais qızı Cavadovadır.