Bakıya palçıqlı yağış yağmasının səbəbi nədir?
13-12-2023, 12:24
Oxunub: 2 136
“Son zamanlar Bakıda və bir çox rayonlarda yağan yağış şəffaf deyil, bulanıq olur. Bu, atmosferin çirklənməsi və hava axınlarının əraziyə hansı istiqamətdən daxil olması ilə əlaqədardır”.
Bunu Bolgə.TV-yə açıqlamasında Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya Şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərov deyib.
“Yəni hava axınının gəldiyi ərazilərdə güclü külək, toz burulğanları varsa, müəyyən bir sinoptik şəraitdə bu toz yuxarı qalxaraq hava axınları ilə müəyyən marşrut üzrə yağıntılar gözlənilən yerə gəlib çatanda, tozun qatılığından asılı olaraq, palçıqlı və ya bulanıq yağış şəklində özünü göstərir”, - o deyib.
Səid Səfərov qeyd edib ki, hava axınları da istiqamətlərini dəyişdiyinə görə, günün müxtəlif saatlarında palçıqlı və ya bulanıq yağış müşahidə edə bilirik:
“Yağıntı uzun müddət davam edəndə atmosferdəki toz çökür və yağıntıdakı bulanıqlılıq azalır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər