BolgeXeber.Com » Xəbərlər » Ölkəmizdəki ictimai-siyasi sabitlik sosial-iqtisadi inkişafın, beynəlxalq aləmdə qazanılan uğurların əsasını təşkil edir
Ölkəmizdəki ictimai-siyasi sabitlik sosial-iqtisadi inkişafın, beynəlxalq aləmdə qazanılan uğurların əsasını təşkil edir
13-12-2023, 16:10
Oxunub: 2 272
Ölkəmizdəki ictimai-siyasi sabitlik sosial-iqtisadi inkişafın, beynəlxalq aləmdə qazanılan uğurların əsasını təşkil edir.
Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə ölkəmizin ötən dövr ərzində keçdiyi inkişaf yolu, iqtisadi potensialı və bu istiqamətdə perspektivlər haqqında ətraflı fikirləri yer alıb. Son 20 ildə həyata keçirilən daxili və xarici siyasətin uğurları Azərbaycanın dünya miqyasındakı reytinqini getdikcə artırır. Bu uğurlar siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə özünü açıq şəkildə büruzə verir. Üç il əvvəl Vətən müharibəsində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulması ölkəmizi dünyada qalib dövlət kimi tanıtdı. Həmin vaxtdan başlayaraq qələbədən-qələbəyə gedirik. Azərbaycanın sürətli inkişafı artıq dünyanın aparıcı kütləvi informasiya vasitələrinin, televiziya kanallarının da diqqətini cəlb edib. Hazırda dünyada mürəkkəb proseslər baş verir və bu da təhlükəsizlik amilini önə çıxarır. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır. Uğurlarımızın əsasında dayanan əsas amillərdən biri məhz dövlətimizin müstəqil siyasət yürütməsidir. Bu səbəbdən də ölkəmizin beynəlxalq aləmdə nüfuzu davamlı olaraq yüksəlir. Azərbaycan dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynayıb.
Dövlətimizin başçısı son 20 ildə ölkəmizin qazandığı uğurlar barəsində məlumat verərək deyib ki, iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. Bu müddət ərzində Azərbaycan neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuş və 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Bu dövrdə ümumi daxili məhsul (ÜDM) dörd dəfə artıb. Düşünülmüş sosial siyasət nəticəsində yoxsulluğun səviyyəsi təqribən 50 faizdən 5,5 faizə qədər enib. Bu, onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalinin bütün seqmentləri arasında ədalətli bölünüb. Bununla yanaşı, xarici borcun səviyyəsi hər il azalır. Bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır.
Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibəsində ölkəmizin bütün bu uğurlarından, həmçinin Azərbaycanın qarşıya qoyduğu hədəflərindən danışaraq, həm də regionun geopolitik durumunu dəyərləndirdi. Ümumiyyətlə, Prezident İlham Əliyevin dünyanın nüfuzlu media orqanlarına müsahibələri beynəlxalq ictimaiyyət tərəfindən həmişə böyük diqqətlə və maraqla izlənilir.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycanda hökm sürən siyasi sabitliyə də toxundu. Ölkəmizdəki ictimai-siyasi sabitlik sosial-iqtisadi inkişafın, beynəlxalq aləmdə qazanılan uğurların əsasını təşkil edir. Ona görə də ölkədə ictimai-siyasi sabitliyin qorunması çox vacibdir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, Azərbaycanın dünyada layiqli yer tutmasına yönəlib. Bu siyasət artıq öz bəhrəsini verməkdədir. Azərbaycan cəmiyyəti əmindir ki, dövlət başçısının uğurla həyata keçirdiyi və xalqın etimadını doğrultmuş ictimai-siyasi islahatlar hələ uzun illər Azərbaycanın möhkəmlənməsinə və güclənməsinə, ölkənin iqtisadi qüdrətinin artmasına, xalqın layiq olduğu firavanlığa nail olmağa xidmət edəcəkdir.
Mahir Xankişiyev,
Salyan rayonu Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər