Ordumuz sərhəddən çəkilir? - Bayramov açıqladı
14-12-2023, 16:20
Oxunub: 2 024
Ermənistanın sərhəddən hər iki ölkənin qoşunlarının çəkilməsi ilə bağlı səsləndirdiyi təklif rəsmi Bakı üçün qəbuledilən deyil.
Bolgə.TV xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistan-Azərbaycan sərhədi delimitasiya olunmayıb:
“Tam sərhəd üzrə razılıq olmayan bir zamanda qoşunlar sərhəddən çəkilərsə, orada nələrin baş verə biləcəyinə kim zəmanət verə bilər? Bu təklif Azərbaycan tərəfi üçün qəbuledilən deyil. Azərbaycan Ordusu bu gün öz sərhədlərini qoruyur. Mən sərhədlərdən qoşunların çəkilməsi ilə bağlı Ermənistan XİN başçısının açıqlaması ilə razı deyiləm. Azərbaycan Ordusu 30 ildən sonra şəhidlər verərək öz sərhədlərini bərpa edib. Azərbaycan sərhədləri yalnız Azərbaycan əsgərləri tərəfindən qoruna bilər", - nazir bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər