“AzerGold” QSC “Autizm dostu” mükafatına layiq görülüb
15-12-2023, 14:10
Oxunub: 1 984
Bolgə.TV xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən “Autizm dostu” diplomuna layiq görülüb.
Mükafat səhmdar cəmiyyətə korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində ölkəmizdə autizmli uşaqların fərdi inkişafına verdiyi dəstəyə görə təqdim edilib.
Qeyd edək ki, “AzerGold” QSC 2022-ci ildən Heydər Əliyev Fondu və “Birgə və Sağlam” İctimai Birliyi ilə tərəfdaşlıq şəraitində Gəncə və ətraf rayonlarda autizmli uşaqların fərdi inkişafına dəstək məqsədilə sosial layihənin icrasına başlayıb. 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində Gəncə şəhərində regional Autizm Mərkəzi istifadəyə verilib. Mərkəzdə Gəncə şəhəri, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir və Tovuz rayonlarında yaşayan autizmli uşaqlara tam ödənişsiz resurs bərpa xidmətləri göstərilir.
Xatırladaq ki, “AzerGold” QSC dağ-mədən sahəsində aktiv fəaliyyəti ilə ölkəmizin iqtisadi inkişafına töhfə verməklə yanaşı, məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini daim diqqətdə saxlayır. Səhmdar Cəmiyyət fəaliyyət göstərdiyi Gəncə-Daşkəsən iqtisadi rayoununda ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq və s. istiqamətlər üzrə çoxsaylı layihələr icra edərək, vətəndaşların rifah halının gücləndirilməsi ilə bağlı dövlətin yürütdüyü siyasətə töhfələrini verməkdədir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər