BolgeXeber.Com » Xəbərlər » Ələt-Astara yolunda qəza: ölən var

Ələt-Astara yolunda qəza: ölən var

16-12-2023, 14:57
Oxunub: 2 704

Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində ağır qəza baş verib.


Bolgə.TV xəbər verir ki, minik avtomobili yük avtomobilinə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.