Bu ərazilərdə yollar buz bağladı
18-12-2023, 08:27
Oxunub: 2 024
Dekabrın 17-si səhər saatlarından başlayaraq Şimal bölgəsində müşahidə olunan qarlı-şaxtalı hava səbəbindən yollarda avtomobillərin hərəkəti çətinləşib.
Bolgə.TV xəbər verir ki, hazırda Quba-Qusar yolunun bəzi hissələri və Qubadan dağ kəndlərinə gedən bəzi yollar buz bağlayıb. Nəqliyyat vasitələri xüsusilə Qusar rayonundan Quba istiqamətinə çıxışdakı yoxuşlarda çətinliklə üzləşirlər. Yollarda qalan avtomobillər var.
Hava şəraiti ilə əlaqədar Dövlət Yol Polisi əməkdaşları və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları əraziyə cəlb olunub. Yolun hərəkət hissəsi qardan təmizlənərək qum-duz qarışığı səpilir. Təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada Quba-Qusar yolundan istifadə etməsi tövsiyə olunmur.
Hazırda Qusarın rayon mərkəzində 3-4 sm, Qubada isə 2 sm-ə qədər qar var. Səhər saatlarından başlayan qar hazırda yağmağa davam edir
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər