BolgeXeber.Com » Xəbərlər » Polislər gücləndirilmiş rejimə keçdi

Polislər gücləndirilmiş rejimə keçdi

19-12-2023, 09:52
Oxunub: 1 912

Polis əməkdaşları bir sıra bölgələrdə gücləndirilmiş rejimdə çalışırlar.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bolgə.TV-yə  bildirilib ki, polis əməkdaşları hava şəraiti ilə əlaqədar respublikamızın bir sıra bölgələrində gücləndirilmiş rejimdə fasiləsiz xidmət aparırlar.

“102” - Zəng Mərkəzinə daxil olan 38 çağırış üzrə dağ və meşə yollarında vətəndaşlara kömək göstərilib, onların gedəcəkləri ünvanlara çatdırılması təmin edilib.