Əvvəlki illərin məzunları bu tarixlərdə imtahan verəcək
29-12-2023, 15:20
Oxunub: 2 200
Əvvəlki illərin məzunları üçün keçiriləcək imtahanların tarixi məlum olub.
Bolgə.TV xəbər verir ki, gələn ilin aprel ayının 14-də əvvəlki illərin məzunları üçün I, II, III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik bazadan kolleclərə qəbul imtahanı keçiriləcək.
Həmin tarixdə eyni zamanda ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən XI sinif şagirdləri üçün əlavə imtahan, eləcə də eksternat qaydasında buraxılış imtahanı olacaq.
Bundan başqa, gələn il mayın 5-də isə əvvəlki illərin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanı, kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən IX sinif şagirdləri üçün əlavə imtahan və eksternat qaydasında buraxılış imtahanı da baş tutacaq.
Xatırladaq ki, DİM digər imtahanların qrafikini 2024-cü ilin yanvar ayı ərzində paylaşacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər